Alnı hələ əlhəd daşına dəyməyib.

 


Ölü bastırıldıqdan və onu basdırmağa gəlmiş adamlar qəbirdən 7 addım uzaqlaşdıqdan sonra ölü yerindən qalxır və qəbirdən çıxıb getmək istəyir, lakin onun başı, qəbrin yuxarı hissəsi üzərinə qoyulmuş əlhəd daşına dəyir və yalnız bu zaman o, həqiqətən öldüyünü başa düşüb rahat uzanır.

Məcazi mənada bu məsəl, çətinlik görməmiş, hər şeyə səthi, qeyri-ciddi baxan adamlara aid edilərək “hələ bərkdən boşdan çıxmayıb” mənasında işlədilir.

*Əlhəd daşı - qəbir daşı, baş daşı.
mənbə: B.A. Hüseynov “Rəvayətli ifadələr”

 

1917 dəfə oxundu







Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Səs ver

Saytımızda daha çox necə yazılar görmək istərdiniz?