Qarla gələn gözəllik

 

     

 

Uşaqlara; “Toyuq yumurtadan, yoxsa yumurta toyuqdan çıxdı?” deyə soruşarlar. Bu suala bənzər formada soruşsaq: “Qar yağdığı üçün hava soyuq olar, yoxsa hava soyuq olduğu üçün qar yağar?” Bu iki sual bir-birinə bənzəsə də cavabları fərqlidir.Məktəblərdə, ensiklopediyalarda və kitablarda “Qar nə üçün yağır?” başlığı ilə izah olunanlar, əslində qarın nə üçün yağdığına deyil, necə yağdığına aiddir. Çox vaxt “necə” və “nə üçün” suallarının düzgün istifadə edilib edilmədiyinə fikir verilmir.

   “Qar nə üçün yağır?” sualına veriləcək doğru cavablar, “qar”ın yağmasının hikmətləridir. Bu hikmətləri, “qar”ın özündən bilmək böyük bir yanlışlıq olar. Bunlar ilahi hikmətlərdir. “Qar”ın necə yağdığının cavabı isə, fizika və kimyanın araşdırma üsulları ilə yazılmış dərs kitablarında mövcuddur. Əslində yalnız qarın yağmasında deyil, varlıq aləmində gördüyümüz və görmədiyimiz hər şeydə, Allahın digər isimləri ilə birlikdə xüsusilə Hakim isminin təcəlliləri var. Çünki bu dünya hikmət evi, insanın ölüm qapısından keçərək gedəcəyi axirət aləmi isə qüdrət evidir. Bu dünyada olanlar Allahın qoyduğu səbəblər pərdəsi ilə cərəyan edir; bu səbəbləri yaradan və işlədən Müsəbbibül Əsbabı (bütün səbəbləri meydana gətirən Allah) bu pərdədə qalmadan tanımaq, insanın bu dünyada ən böyük imtahanıdır. Axirətdə isə imtahan olmadığına görə, Allah (cc) qüdrətini səbəblər pərdəsini istifadə etmədən birbaşa təcəlli etdirir.

   İndi “Qar yağdığı üçün hava soyuq olur?” sualının cavabını ola biləcək bir hikmətdən danışa bilərik. Qar, havanın soyuq olduğunu göstərir. Ancaq qar yağdığı üçün hava soyuq olmur, əksinə qar soyuğu azaldır. Bunu belə izah etmək olar: Bir qram maddənin əriməsi üçün lazım olan istiyə o maddənin “ərimə istiliyi” deyilir. Buz, su halına gələnə kimi qram başına 80 kalori isti qəbul edir. Bu, buzun ərimə istiliyidir. Su, buz halına gəlmək üçün ərimə istiliyini verir və hər bir qram suyun donub qar kristalı halına gəlməsi əsnasında atmosferə 80 kalori verilir. Bu hesaba görə, 10 ton qarla atmosferə verilən istilik, 100 kilo yaxşı növ mədən kömürünün yanması ilə verdiyi istiliyə bərabərdir. Bunun hesablaması sadədir: 10 ton = 10.000.000 qram. Bu qədər suyun qar halına çevrilərkən atmosferə verdiyi istilik = 10.000.000 x 80 kalori = 800.000.000 kalori. Bir qram yaxşı növ mədən kömürünün yanması ilə verdiyi istiliyin 8.000 kalori olduğu nəzərə alınarsa, on ton suyun qar halına gələrkən verdiyi istilik, 800.000.000 / 8.000 = 100.000 qram = 100 kiloqram yaxşı növ mədən kömürünün verdiyi istiliyə bərabər olur. Atmosferdəki suyun qar halına gələrkən verdiyi bu istilik, təxminən 750 kg yaxşı növ kömürün yanması ilə verdiyi istilik qədərdir. Bitki, heyvan və insanlar, qarın digər faydaları ilə birlikdə artıq dərəcədə soyuğun meydana gətirəcəyi müxtəlif zərərlərdən də qorunmaqdadır. Baharda, qarların əriyərkən atmosferdən aldığı qram başına 80 kalori istilik ilə atmosferdəki istilik azaldılır, beləliklə də yeni cücərən bitkilərin istidən zərərə uğramasının qarşısı alınır. Qar yağmasının bəzi hikmətləri də bu ola bilər: Qarların əriməsi nəticəsində meydana gələn sular, torpağa qarışıb yeraltına keçir, beləliklə torpaq ola biləcək sel və erroziyanın təsirindən mühafizə olunur. Bundan başqa havadakı toz və zəhərli hissəciklər, qarla yerə endirilərək hava təmizlənir.

   Yazının əvvəlindəki suala qayıtsaq; qar yağdığı üçün hava soyuq olmur, hava soyuq olduğu üçün qar yağır. Yağan qar həm atmosferə istilik verir, həm də (özü də soyuq olmasına baxmayaraq) yeri bir yorğan kimi örtərək bəzi bitki və heyvanların artıq dərəcədə soyuqdan tələf olmasının qarşısını almaqda vacib rol oynayır.

 

-Sızıntı-

2809 dəfə oxundu

Vətəndaş
Mənimdə qış fəslindən çox xoşum gəlir. Amma mən heç bir zaman o qar dənələrinə belə bir fikirlə baxmamışdım.







Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Səs ver

Saytımızda daha çox necə yazılar görmək istərdiniz?