Bir ağac kəssək nə olar?

 

   “Təbiətdən yamyaşıl bir pərdə, möcüzəvi bir mənzərə... Rəngarəng yarpaqlar; küləyin toxunması ilə, təfəkkür etməyin zövqü ilə özündən keçən bir alim kimi coşur. Ağacların budaqlarında quşlar oxuyur, meşənin kənarındakı yaşlı çinar ehtişamı ilə göz qamaşdırır və sanki meşəyə gözətçilik edir. İnsanlar başlarını qaldırdıqda, daxili hüzura qovuşur. Kainat kitabının bitkilər səhifəsindən gözəl bir meşə, sevinc qaynağı olur insanlara və ev sahibliyi edir o qədər canlıya. Pərdə dəyişir! Ağacların yerinə beton yığınları var. Bacalardan qalxan göz acışdıran duman şəhərin havasını əsir alıb sanki. Ağaclarda həyatda yaşamaq üçün mücadilə edən boynu bükük bir neçə quş oxuya bilmir. İnsanlar öskürür və xoşbəxt deyil.” Siz bu iki portretdən hansında olmaq istərdiniz?

* Maşınımızdakı bir bak benzinlə milyonlarla il yığılan qalıqları yandırdığımızı bilirikmi?

* Təbiətdə etdiyimiz təhriflərlə, əslində dünyada həyatın can damarlarını kəsdiyimizi hiss edirikmi?

Başqasını gözləmədən təbiətə sahib çıxmalıyıq; çünki “bir ağac da kəssək nə olar?” deyərək bizdən sonrakı nəsillərin gələcəyini tükədirik. Köhnəlmədən dəyişdirdiyimiz divanlar, dolmamış atdığımız dəftərlər və s. üçün hər il neçə ağac kəsildiyini bilirikmi? Hətta avtomobilimizlə boş yerə gəzərkən benzin bakımızda təbiəti sərf etdiyimizin fərqindəyikmi? Bütün bunların fərqində olsaq, yenə də düşünmədən tükədərdikmi dünyanın gözəllik və zənginliklərini?

Avtomobillərində səfərə çıxan Massaçusets Universitetindən bir qrup tədqiqatçısının ağlına, maşınların yandırdığı benzinin qaynağının nə olduğu sualı gəlir. Və bu tədqiqatçılar çox qədim vaxtlarda yaşamış fitoplanktonların (fotosintez edən tək hüceyrəli dəniz canlıları) neft mərhələsinə qədərki sərgüzəştlərini araşdırırlar.

Ölən planktonların yalnız 2%-i okeanın dibinə çökərək minlərlə metr qalınlığındakı tortul materialın içində basdırılmış qalır. Bu ölü plankton kütləsi müəyyən istilik və yuxarı təzyiq altında 75% nisbətində xam neftə çevrilir. Sıxlığı suyun sıxlığına görə daha az olduğu üçün (0.8), bu neft stokunun az bir qismi yer qabığında yuxarıya doğru köçürülür. Bu gün bu müdhiş enerji qaynağının təxminən 25%-i çıxarıla bilmişdir.

Fasilələr də nəzərə alınmaqla bu mərhələlərin təxmini hesabları çıxarıldıqda bu qəribə nəticə əldə edilmişdir: 16 hektarlıq (160000 kvadrat metrlik) bir ərazinin cəmi buğda istehsalına bərabər 90 tonluq fitoplankton kütləsindən təxminən dörd litr benzin emal olunur. Bundan başqa planetimizdə 400 il ərzində yetişən bitkilərin cəmi, bir ildə istifadə olunan neftə bərabər deyil.

 

Müdhiş Tarazlıq

   Nəhəng ekosistemlər yumağı olan dünyamızın gedişatını anlamaq məqsədilə aparılan təcrübələrdən biri “Biokürə 2” təcrübəsidir. Yer kürəsinin quruluşuna bənzər, qapalı və özünə yetərli bir sistemdə işləyən prosesləri müşahidə etmək üçün nəhəng bir parnikdə aparılan bu təcrübədən maraqlı nəticələr əldə edildi. Bunlardan birisi karbondioksidin artması ilə təxmin edilməsi mümkün olmayan xarabalıqlara gəlib çıxmasıdır. Avtomobil tüstüsündən, kömürdən çıxan karbondioksidə; oradan da fabrik bacalarının çıxartdığı zəhərli qazlara qədər bir çox mənfi ünsür sağlamlığımıza zərər verməkdədir. “Biokürə 2” təcrübəsində meydana çıxan məlumatlara görə, gələcəkdə karbondioksid sıxlığı indiki dəyərinin iki qat artığına kimi çıxa bilər. Bitkilərin fotosintez (işıq enerjisi istifadə edilərək qida və oksigen istehsalı) istehsal etməsi üçün lazımlı karbondioksid miqdarındakı dəqiq ölçüdən kənara çıxması, yer kürəsində iqlim dəyişikliklərinə səbəb olur.

 

Havadakı Karbondioksid Miqdarı ilə Okeanlar Arasındakı Münasibət

   Atmosferdəki qazlar su ilə reaksiyaya girmə xüsusiyyətində yaradılmışdır. Bu sudakı həyatın davam etməsi üçün lazımlıdır. Atmosferdə artan karbondioksidin gedərək daha da çoxu dəniz suyu ilə reaksiyaya girməkdədir, bikarbonat və hidrogen ionlarının artmasına səbəb olmaqdadır. Nəticədə səth sularının turşuluq dərəcəsi yüksəlməkdədir. Okeanların ortalama turşuluq dərəcəsi son buz dövrünün əvvəlində (təqribən 10000 il öncə) 8.3 olaraq hesablanmışdır. Bu dəyər sənaye çağının başlamasından dərhal əvvəl 8.2 olaraq ölçülmüşdür. Dövrümüzdə isə bu dəyər 8.1 səviyyəsindədir. Bir ssenariyə görə, iqtisadi böyüməyə paralel olaraq atmosferə buraxılan karbondioksid miqdarı davamlı artacaq və kömür, neft kimi qazıntı yanacaqlarının tükənməsi ilə azalmağa başlayacaqdır. Əgər qiyamət qopmasa, atmosferdəki karbondioksid miqdarı 2300-cü ilə çatanda milyonda 1900 (1900 ppm) ilə ən yüksək nöqtəsinə, yəni dövrümüzdəki dəyərin beş qatına qalxacaqdır. Okeanlar atmosferdəki karbondioksidin bir qismini soracaqları üçün, səth sularının pH dəyərinin 7.4-ə düşəcəyi və yüzlərcə il bu aşağı dəyərdə qalacağı düşünülür. Keçmiş 300 milyon il ərzində atmosferdəki karbondioksid nisbətinin bir neçə dəfə 2000 ppm səviyyəsini keçdiyi bizə məlumdur. Ancaq bu miqdarlarda belə okean səth sularının pH dəyəri 7.5-dən aşağı düşməmişdir. Bəs bu vəziyyəti nə mane olmuş ola bilər? Böyük ehtimalla bir bufer vəzifəsini yerinə yetirən dəniz dibindəki karbonat qayaları okean suyunun turşuluğunun tənzimlənməsində rol oynamışdır. Təqribən 10000 illik bir zaman dilimində həyata keçirilən bu tənzimləmə hadisəsi, geoloji mərhələlərlə okeana buraxılan turşunu neytrallaşdırmaq üçün yetərlidir. Ancaq insanların fəaliyyətləri və ya asteroid toqquşması kimi təbii fəlakətlərin səbəb olduğu sürətli dəyişiklikləri uzaqlaşdırmaq üçün bu qısa zaman diliminin yetərli olmadığı düşünülür. Turşuluq nisbətində müşahidə ediləcək belə ciddi bir dəyişikliyin okeandakı canlılar üzərində nə kimi təsirlərə səbəb olacağı hələ dəqiq məlum deyil.

Turşulu suların karbonatı çözmə xüsusiyyəti olduğuna görə mərcanlar və bəzi növləri kimi kalsium karbonat quruluşlu qabıqlara və ya xarici skeletlərə malik canlılar, bundan ən çox zərər dəyə biləcək canlılardır. “Biokürə 2” təcrübəsi ilə olduqca önəmli səviyyələrə (dövrümüzdəki dəyərin iki qatı səviyyəsinə çatacaq karbondioksidin) çıxacağı təxmin edilən karbondioksid miqdarından bu canlıların nə qədər zərərə məruz qalacağı hesablanmış və bu cür heyvanlarda kalsium karbonat birləşməsinin 40%-i nisbətində azalacağı təxmin edilmişdir. Su ekosistemlərində həyati vəzifələr verilən bu canlıları yox olmağa aparan dəyişiklik, qida zincirindəki müvazinətləri də alt-üst edə bilər.

 

Qaynaqlar 
Science , 17 Oktyabr 2003.
New Scientist , 23 Sentyabr 2003.

2996 dəfə oxundu







Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Səs ver

Saytımızda daha çox necə yazılar görmək istərdiniz?